Kadırov: Vaksinasiya olunmasanız, sərt məhdudiyyətlər tətbiq etməli olacağıq

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Çeçenistan sakinlərini vaksinasiya olunmağa səsləyib.

“Əks halda biz sərt məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”, – deyə o qeyd edib.

Kadırov operativ qərargah və şəhər və rayonlardakı sektor rəhbərlərinə əhali ilə aydınlaşdırıcı işlərin aparılmasını tapşırıb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş