Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, digər ölkədən Gürcüstan ərazisinə daxil olan 10 yaşadək olan uşaqlar, vətəndaşlığından asılı olmayaraq, icbari PZR-testinin mənfi nəticəsinin təqdim edilməsi tələbindən azad edilirlər.
Bu barədə Gürcüstan hökumətinin təcrid və karantin qaydaları ilə bağlı qərarında bildirilib.
Qərara əsasən, uşaqlar həmçinin Gürcüstana gəlişlərinin 3-cü günü də icbari PZR-testdən azad edilirlər.
Xatırladaq ki, Gürcüstan müntəzəm beynəlxalq uçuşları 1 fevraldan bərpa edib, ölkənin quru sərhədləri isə 1 iyundan açılıb.
ETİKETLƏNDİ:gurcustan
Bu məqaləni paylaş