Tbilisidə daha 1,3 min ödənişli park yeri istifadəyə verildi

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisidə daha 1,3 min avtomobil park yeri zonal-saatlıq ödəniş sisteminə daxil ediləcək.

Bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, park yerləri yerləşdiyi küçə sakinləri, həmçinin məhdud imkanlara sahib şəxslər üçün pulsuz olacaq.

Zonal park yerlərindən istifadə üçün vətəndaşlar “Tbilisi Parking” mobil tətbiqini yükləməlidirlər. Tətbiqdə bütün zonal park yerləri göstərilən xəritə var.

Dayanacaqdan istifadənin 1 saatı 1 laridir. İlk 15 dəqiqə isə pulsuzdur.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş