Müsəlman futbolçu pivə şirkətinə etirazını bildirdi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, müsəlman futbolçu – Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba Avro-2020-nin mətbuat konfransı zamanı qarşısında masanın üzərinə qoyulmuş pivə butulkasını götürərək yerə qoyub.

Almaniya üzərindəki qələbədən sonra keçirilən mətbuat konfransı zamanı Poqba masanın üzərindəki pivə şüşəsini görüb. O, həmin butulkanı qarşısından uzaqlaşdıraraq yerə qoyub.

Müsəlman futbolçu bununla spirtli içki əleyhinə olduğunu ifadə edib.

Bu məqaləni paylaş