Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq.
Az.shafaqna.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatı zamanı söyləyib.
Ərdoğanın açıqlamalarından:
- Şuşada mətbuat konfransı keçirdiyimiz məkanda arxa fonda yerləşən bina erməni vəhşiliyinin bariz nümunəsidir.
- Şuşa bəyannaməsi iki ölkə arasında münasibətlərin yeni yol xəritəsini müəyyən edir. Qarabağ yenidən əvvəlki şöhrətini qaytaracaq. Bundan heç bir şübhəmiz yoxdur.
- Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram.
- İşğaldan azad olunan ərazilərin bərpası prosesinin sürətlə həyata keçirilir.
- Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik.
- Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk.
- İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmi varıydı.
- Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.
Bu məqaləni paylaş