
Az.shafaqna.com “Le Journal de Saône-et-Loire”-yə istinadən xəbər verir ki, Frasanın şərqində yerləşən Venzel kommunasında avtomobil insanların üzərinə çıxıb.
Hadisə nəticəsində 15 nəfər xəsarət alıb: 12 nəfər yüngül xəsarət alıb, 3 nəfər şok vəziyyətindədir.
Bildirilir ki, insident sürücünün bir neçə bar müştərisi ilə mübahisəsindən sonra baş verib: sürücü barın qarşısında insanları avtomobili ilə vurub.
Hadisə yerinə gələn polis əməkdaşları içkili vəziyyətdə olan 20 yaşlı cinayətkarı tutublar.






























