Azərbaycanda 2 milyon 816 mindən çox vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 705 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 855 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 816 346, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 842 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973392 təşkil edir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş