Köçəryan: Paşinyan anti-Rusiya ritorikasını pərdələyib

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin keçmiş prezidenti Robert Köçəryan hesab edir ki, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan anti-Rusiya ritorikasını “kamuflyaj” edib.

Köçəryan deyib ki, Paşinyan bütün siyasi və jurnalist fəaliyyətini məhz anti-Rusiya şüarları üzərinə qurub.

Onun sözlərinə görə, 2018-ci ilin aprel hadisələrindən sonra Rusiya ilə real münasibətlər pərdələnib, kamuflyaj edilib.

Köçəryan bildirib ki, hazırda bu,özünü “bu və ya digər yolla izhar etməyə başlayır”.

“Bəlkə də, o qədər açıq deyil, lakin ana xətt həmişə var”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş