Gürcüstanda iyuldan vaksinasiya genişləndiriləcək

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Koordinasiya Şuraası vaksinasiya proqramının genişləndirilməsi planını gözdən keçirib.

Bu barədə səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

“İyuldan vaksinasiya həm Tbilisidə, həm də regionlarda yay dövründə və sonra əldə edilməsi gözlənilən dozaların hesabına genişləndiriləcək”, – deyə o qeyd edib.

Qabuniyanın sözlərinə görə, vaksin səfərbərliyi ilə yanaşı, vaksinasiya üçün yerlər yaratmaq və tibbi müəssisələrinə briqadalar da əlavə etmək mühümdür.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş