Çexiya Baş naziri: Avropa müsəlmanların olacaq

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, 2065-ci il üçün İsveç əhalisinin yarısından çoxu müsəlman olacaq.

Bu barədə Çexiyanın Baş naziri Andrey Babiş bildirib.

Babişin fikrincə, Avropa əhalisinin müsəlman ölkələrindən olan miqrantlarla əvəzlənməsi təkcə İsveçdə baş verməyəcək.

Belə ki, onun sözlərinə görə, artıq 2044-cü ildə üstünlük müsəlmanlarda olacaq.

Xatırladaq ki, Babiş müsəlman ölkələrindən olan miqrantların Avropaya köçməsinin ən qatı əleyhdarlarındandır. 2017-ci ildə o, Çexiyanın sığınacaq istəyən miqrant qəbulunu tam dayandırmasında təkid etmişdi.

Bu məqaləni paylaş