Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Moskvanın şərq hissəsində 71 yaşlı təqaüdçü qadının evindən 100 min dollar oğurlanıb.

Bu haqda Rusiya DİN məlumat yayıb.

Hüquq-mühafizəçiləri müəyyən ediblər ki, naməlum şəxs qapını açarla açaraq mənzilə daxil olub və 100 min dolları şkafdan oğurlayıb.

Faktla bağlı polis araşdırma başladıb.