
Az.shafaqna.com “Tolo News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın Nanqərhar əyalətində baş vermiş sel nəticəsində azı 16 nəfər həyatını itirib.
Nanqərhar qubernatorunun sözlərinə görə, daşqına şənbə günü gecə saatlarında yağan güclü yağış səbəb olub.
O qeyd edib ki, ölənlərin 15-i uşaq və 1-i qadındır. Həmçinin 4 nəfər də xəsarət alıb.
Bundan başqa, təbii fəlakət onlarla evi məhv edib.
Hazırda hadisə yerində xilasedicilər işləyir.






























