Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan parlamenti deputatın həbsi və ya deputat səlahiyyətlərinin ləğvi üçün lazım olan kvorumu artırır.
Müvafiq dəyişikliyi parlament reqlamentinə daxil etmək planlaşdırılır. Sözügedən dəyişikliklərin təşəbbüskarı “Gürcü Arzusu” partiyasıdır.
Qanunverici təşəbbüsdə qeyd edilib ki, deputatın həbsi və ya saxlanılması, yaşayış yerinin və ya iş yerinin, maşını və ya üzərində axtarış üçün icazə parlamentin bütün üzvlərinin 3/5-nin razılığı ilə veriləcək.
Həmçinin parlamentinin saxlanılan və ya həbs edilən üzvünün səlahiyyətlərinin dayandırılması qərarı da bütün deputatların 3/5-nin razılığı ilə baş tuta bilər.
Mövcud reqlamentə əsasən, hazırda bunun üçün 76 deputatın razılığı lazımdır. Dəyişikliklərin tətbiqindən sonra isə, razılıq üçün 150 deputatdan 90-nın razılığı lazım olacaq.
Parlament çoxluğu düzəlişləri sürətləndirilmiş ardıcıllıqda qəbul etməyi təklif edir. Qanunverici dəyişikliklərin hazırlanmasının səbəb kimi isə siyasi böhrandan çıxış üzrə saziş göstərilir.
Təşəbbüs parlament bürosunun iclasına bu gün çıxarılacaq.