Ərdoğan və Bayden bu gün görüşəcəklər

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, 14 iyun axşam saatlarında Brüsseldə Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında görüş baş tutacaq.

Türkiyə prezidenti görüş zamanı Ankaranın F-35 qırıcıları proqramında iştirakı mövzusunu müzakirə etməyi planlaşdırır.

Ağ Evin məlumatına görə isə, Bayden bu görüş zamanı Əfqanıstan, Suriya və Liviya mövzuları, həmçinin S-400 məsələsinə toxunacaq.

Görüş Bakı vaxtı ilə 19:00-da başlamalı və 1,5 saat çəkməlidir.

Bu məqaləni paylaş