DİN məzun və valideynlərə xəbərdarlıq etdi

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyi məzun və valideynlərinə müraciət edib.
DİN-in rəsmi facebook hesabı vasitəsilə də paylaşılan xəbərdarlıqda deyilir:
“Hörmətli valideynlər!
Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.
Hörmətli məzunlar!
Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir.”

 

Bu məqaləni paylaş