Gürcüstan hökumətinin pandemiyanı idarəetmə hüququ uzadılacaq

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda “İctimai sağlamlığa dair” qanuna dəyişikliklərin qüvvədəolma müddətinin pandemiyaya görə 2022-ci ilin 1 yanvar tarixinədək uzadılması planlaşdırılır.

Müvafiq qanun layihəsi bu gün parlament bürosunun iclasında təqdim ediləcək.

Qanun layihəsinin təşəbbüskarları parlament çoxluğudur.

Sözügedən dəyişikliklərin qüvvədəolma müddəti 2021-ci ilin 1 iyul tarixinədək müəyyən edilmişdi. Bu qanun layihəsi pandemiya dövründə proseslərin idarəedilməsinə yönəlmiş mövcud hüquqi mexanizmi hökumətin nəzarətində saxlayır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş