Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin veyp, qəlyan və snuslarla bağlı federal qanunu imzalayıb.

Yeni normalara əsasən, münasib olmayan yerlərdə veyp çəkilməsinə görə inzibati cəza tətbiq ediləcək. Uşaqların qəlyan və tərkibində tütün olan digər cihazların çəkilməsinə cəlb edilməsi isə qanunla cəzalandırılacaq.

Bundan başqa, televiziyada müvafiq nişanlanma olmadan elektron çəkmə məhsullarının istifadə prosesinin nümayişi də qadağan ediləcək.

Yeni qaydalara əsasən, cərimələr adi siqaretlərə tətbiq edildiyi kimi qalır.