Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu il də Həcc üçün ölkə xaricindən zəvvar qəbul etməyəcək.
Bu barədə krallığın Həcc və Ümrə İşlər Nazirliyi məlumat verib.
Builki Həcc mərasimi zamanı yalnız ölkə ərazisində yaşayan müsəlmanlar buraxılacaq və onların sayı 60 min nəfərdən çox olmayacaq.
Həcc əməllərini yalnız 18-65 yaşlı tam vaksinasiya olunmuş və xroniki xəstəlikləri olmayan şəxslərə yerinə yetirməyə icazə veriləcək.
Bu məqaləni paylaş