Bu ilin 5 aylıq dövrü ərzində fərdi sahibkarların istehsal etdiyi məhsulun həcmi ötən illə müqayisədə 2.2 faiz azalıb.
Az.shafaqna.com xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin 5 aylıq hesabatında məlumat qeyd olunub.
Bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-may aylarında 18,8 milyard manatlıq və ya 2020-ci ilin müvafiq
dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilib.
Bu məqaləni paylaş