Az.shafaqna.com NPR-a istinadən xəbər verir ki, ABŞ-da pakistanlı mühacirlərin oğlu Zahid Qureyşi federal hakim vəzifəsinə təyin edilib.
O, bu vəzifədəki ilk müsəlmandır.
Quyerşinin namizədliyi Senatın səsverməsi ilə təsdiq edilib. 81 senator “lehinə”, 16 senator isə “əleyhinə” səs verib, bunula da o, Nyu-Cersi dairəsi üzrə hakim təyin edilib.
Qeyd edək ki, Zahidin atası Nisar 1970-ci ildə Pakistandan Nyu-Yorka köçüb. O, burada həkim kimi fəaliyyət göstərib və dünyadan köçənədək – 2020-ci ilin aprel ayınadək bu sahədə xidmət göstərib.
Bu məqaləni paylaş