Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “TikTok”-u ölkə ərazisində qadağan etmək istəyir.
“Bir halda ki, (biz) “TikTok” (mövzusuna) toxunduq, biz onu ABŞ-da qadağan edirik”, – deyə o, Floridadan Vaşinqtona qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərlə bildirib.
O deyib ki, müvafiq icraedici fərmanı imzalaya və ya fövqəladə iqtisadi səlahiyyətlərindən istifadə edə bilər.
Qeyd edək ki, “Microsoft” şirkəti “TikTok”-un alışı ilə bağlı danışıqlar aparır.
Tramp daha öncə də bildirib ki, ABŞ “TikTok”-a qarşı müxtəlif tədbirləri gözdən keçirir.































