Az.shafaqna.com RBK-a istinadən xəbər verir ki, Rusiya Federal Dövlət Statistika Xidməti (RFDSX) ölkdədə 2020-ci ildə spirtli içkilər səbəbi ilə ölənlərin sayının artdığını bəyan edib.
Qeyd edilir ki, ötən il spirtli içki ilə bağlı problemlər səbəbi ilə 50 435 nəfər ölüb. Bu isə 2019-cu illə (47 427 nəfər) müqayisədə təxminən 3 min nəfər daha çoxdur.
Əlavə edilib ki, 2019-cu ildə 2018-ci illə müqayisədə spirtli içki səbəbi ilə ölənlərin sayında eniş müşahidə olunurdu. Həmin rəqəm 2018-ci ildəkindən 2 faiz daha az idi.
ETİKETLƏNDİ:rusiya
Bu məqaləni paylaş