Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın “Vahid Milli Hərəkatı”-nın başçısı Nika Meliya partiyadaşları Tina Bokuçava və Nona Mamulaşvili ilə birlikdə ABŞ-a səfər edib.
Bu barədə Meliyanın özü uçuşdan öncə Tbilisi hava limanında jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, səfər 10 gün çəkəcək və bu səyahət ölkəyə təsirsiz ötüşməyəcək.
“Biz qarşıdan gələn seçkilər barədə də danışacağıq”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş