Putin: Siyasətçilər adaxlı oğlan və qız deyillər

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, beynəlxalq arenadakı siyasətçilər bir-birilərinə “adaxlı oğlan və qız” deyillər.

“Biz işlədiyimiz insanlarla beynəlxalq arenada mübahisə edirik, biz adaxlı oğlan və qız deyilik, bir-birimizə əbədi eşq barədə and içmirik. Biz həmkarıq və nədəsə bir-birimizlə rəqabət aparırırq”, – deyə Putin qeyd edib.

ABŞ prezidenti Co Baydenin onun barəsindəki qalmaqallı sözlərini şərh edərkən Putin deyib ki, “bu cür ittihamlardan onlarla eşidib”.

“Mən öz işim ərzində müxtəlif tərəflərdən olan olduqca çox bəhanəli, müxtəlif keyfiyyət və kəskinlikli hücumlara öyrəşmişəm. Bu, məni təəccübləndirmir”, – deyə o qeyd edib.

Xatrıladaq ki, Bayden bildirmişdi ki, Rusiya rəhbərliyi ABŞ seçkilərinə müdaxiləyə görə cavab verəcək. Bundan başqa, o, Putini “qatil” hesab etdiyini də bildirmişdi.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş