Gənc Tamaşaçılar Teatrı yeni layihəsinə start verib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Bəbə səhnəsi” adlı yeni layihəyə başlayır.

Teatrdan Az.shafaqna.com-a verilən məlumata görə, artıq tamaşaların quruluşu ətrafında yaradıcı heyətin müzakirələri, hazırlıqları gedir. Teatrların fəaliyyəti bərpa olunduqdan sonra “Bəbə” səhnəsinin ilk tamaşaları körpələrə təqdim ediləcək.

“Tamaşalar 20-30 dəqiqə həcmində və daha çox nağılların əsasında hazırlanacaq. Dairəvi qurulmuş məkanda körpələrlə aktyorların təması təmin olunmaqla həm həzin, həm də əyləncəli ünsiyyət nəzərdə tutulur”, – teatrdan bildirilib.

Bu məqaləni paylaş