Qamkrelidze: 3-cü dalğanın pikini keçdik

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzin başçısı Amiran Qamkrelidze koronavirusun 3-cü dalğası barədə danışıb.

“Biz koronavirusun 3-cü dalğasını keçdik və artıq platodayıq və enirik”, – deyə o bildirib.

Xatırladaq ki, Gürcüstanda 3-cü dalğanın başlaması haqda 11 apreldə elan edilib.

“Biz enişə başladıq. Biz ölkədə və Acarıstanda 3-cü dalğanın pikini tam olaraq keçdik. Epidemioloji vəziyyət bütün ölkə üzrə sakitləşir və onun bütün parametr və indikatorları bunu göstərir”, – deyə Qamkrelidze qeyd edib.

Onun sözlərinə görə, bu, sakitləşmək üçün əsas vermir, çünki pandemiya davam etməkdədir.

Qamkrelidze əhalini maska taxmağa və vaksinasiyaya səsləyib.

O deyib ki, əhali məsləhətlərə riayət edərsə, 3-cü dalğanın ehtimalı aşağı olacaq.

Bu məqaləni paylaş