Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Çexiyada Sovet hərbçilərinin daha öncə məlum olmayan 502 dəfn yeri müəyyən edilib.

Aşkar edilmiş yerlərdə 4000-dən çox SSRİ hərbçisi basdırılıb.

Bu haqda Rusiya Müdafiə Nazirliyinin (MN) Rusiyanın Çexiyadakı səfirliyinin nəzdindəki rəsmisi Aleksey Tryakin bildirib.

Qeyd edilir ki, həmin basdırılma yerləri 2-ci Dünya Müharibəsinin Qələbəsinin 75-ci ildönümünə həsr edilmiş tədbilərlərə hazırlıq nəticəsində təhlil edilib.

Tryakinin sözlərinə görə, Rusiya və Çexiya mütəxəssisləri Çexiya ərazisindəki bütün Sovet hərbçilərinin dəfn yerlərini sistemləşdirə və hesaba ala biliblər.

Çexiyalı mütəxəssislər Rusiya MN tərəfindən medalla mükafatlandırılıblar.