Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili Litva prezidenti Gitanas Nauseda ilə görüşüb.
Hökumət administrasiyasında keçirilən görüşdə tərəflər iki ölkə arasındakı ümumi dəyər və prinsiplərə söykənən münasibətləri müzakirə ediblər.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, ikitərəfli münasibətlərin olduqca yüksək dinamikası vurğulanıb. Qeyd edilib ki, Litva Gürcüstanın ən aktiv tərəfdarlarından biridir.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində Litva nümayəndə heyətləri ilə uğurlu və məhsuldar tərəfdaşlığa da toxulunub.
Qaribaşvili Nausedaya daimi dəstək və Gürcüstanla bağlı qətnamələrin təşəbbüskarlığına görə öz təşəkkür edib.
Litvanın Gürcüstana açıq-aydın dəstəyi qeyd edilib və gələcək birgə fəaliyyət və koordinasiyaya yönəlmiş əsas istiqamətlər gözdən keçirilib.
Tərəflər qarşıdan gələn NATO sammitini də müzakirə ediblər.