Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan parlamenti Mərkəsi Seçki Komitəsi (MSK), Dövlət Audit Xidməti və parlamentin özünün 2022-ci il üçün büdcəsini müəyyən edib.
İclasda qəbul edilmiş və Maliyyə Nazirliyi üçün 2022-ci il dövlət büdcəsinin formalaşdırılması zamanı əsas olacaq qərarlara əsasən, parlamentin özünün büdcəsi dəyişməz olaraq qalacaq – 53,7 milyon lari.
MSK büdcəsi isə builki büdcə ilə müqayisədə 2 dəfə azalaraq 30,7 milyon lari təşkil edəcək. 2020-ci il büdcəsi isə 70,3 milyon laridir.
Dövlət Audit Xidmətinin büdcəsinə gəlincə isə, o, artaraq 16,8 milyon larinin əvəzinə 17,6 milyon lari təşkil edəcək.
Maliyyə Nazirliyi dövlət büdcəsi layihəsinin birinci variantını sentyabrda hazırlamalıdır. 2022-ci il üçün yekun dövlət büdcəsi isə dekabrda təsdiqlənməlidir.