Rusiyanın “Pegas Fly” aviaşirkəti iyunun 20-dən Vladiqafqaz-Bakı aviareysi açacaq.
Az.shafaqna.com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Vladiqafqaz aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Uçuşlar həftədə 1 dəfə – bazar günləri “Embraer-190” markalı təyyarələrlə yerinə yetiriləcək.
Təyyarə saat 14:25-də Vladiqafqazdan qalxacaq, 15:25-də Bakıya enəcək, Bakıdan isə saat 17:20-də qalxacaq, saat 18:20-də Vladiqafqaza enəcək.
Reyslər 2021-ci il oktyabrın 24-dək yerinə yetiriləcək.
Bu məqaləni paylaş