Keçmiş baş nazir Monqolustanın yeni prezidenti seçilib

Hakim Monqol Xalq Partiyasının sədri və ölkənin keçmiş Baş Naziri Uxnaaqiyn Xurelsux Monqolustanın yeni prezidenti seçilib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Monqolustan Seçki komitəsinin açıqladığı nəticələrə görə, Uxnaaqiyn Xurelsux,  1 milyon 75 min seçicidən 820 min-dən çoxunun səsini qazanıb.

52 yaşlı yeni prezident bildirib ki, Monqolustan üçün əlindən gələni edəcək: “İnsanlar mənə etimad göstərdilər və mən Monqolustan üçün əlimdən gələni edəcəyəm”.

Səsvermənin nəticələrinə görə, ikinci yerdə 242 692 səslə (20,1 %) “Doğru insan – elektorat” koalisiyasından Danqaasurenqiyn Enxbat olub.

Demokrat Partiyasını təmsil edən Sodnomzunduyn Erdene isə seçkilərdə 72 394 səs (6,0 %) toplayıb.

Ölkədə seçici aktivliyi 52,69 faiz olub.

Qeyd edək ki, Monqolustanda 2019-cu ildə konstitusiyaya edilən dəyişikliyə görə prezidentin səlahiyyət müddəti 6 ildir.

Bu məqaləni paylaş