Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda “Sinovac” ilə vaksinasiya üçün qeydiyyat 14 iyundan bərpa ediləcək.
Bu barədə Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzin mətbuat xidməti məlumat verib.
“Sinovac”-ın ikinci dozası üçün qeydiyyat isə 9 iyunda başlayıb.
Adıçəkilən vaksinin ikinci dozasına qeydiyyata çatdırmayan vətəndaşlar bunu 14 iyundan edə biləcəklər. Həmin gün sistem həm ilk doza, həm də ikinci doza üçün açıq olacaq.
“Sinovac”-ın ikinci dozasını ilk dozadan sonrakı 14-28 gündə vurmaq lazımdır.
Xatırladaq ki, Gürcüstan həmin vaksinin 100 min dozasını Çindən hədiyyə alıb. Ən son məlumatlara əsasən, bu vaksinlə artıq 17 199 Gürcüstan vətəndaşı peyvənd edilib.
Gürcüstanda “Sinovac” vaksininə qeydiyyat 21 maydan start götürüb.