Azərbaycanlı tələbə Avropada keçirilən “Qızıl Qələm“ mükafatının qalibi oldu

Hal-hazırda Avropada təhsil alan Nuranə, dünyanın dörd bir yanından minlərlə müraciətçini qabaqlayaraq yaradıcı tələbələr üçün “The Young Ones“ beynəlxalq müsabiqəsinin qalibi olub.

Az.shafaqna.com xəbər verir ki, Nuranə Whatsapp üçün Hisslərə toxunaraq reklamına görə Qızıl Qələm Mükafatını qazanıb.
“The Young Ones” _ “Gənclər” müsabiqəsi reklam, interaktiv yaradıcılıq və dizayn sahəsində ən populyar tələbə müsabiqələrindən biridir. 1986-cı ildən bəri gənc istedadları müəyyənləşdirir. Yaradıcı bir mühitdə, bu, “Cannes Lions”-un tələbə ekvivalentidir.
Nuranə Əkbərova, Heydər Əliyev Müasir Təhsil Kompleksinin məzunudur. Nuranə hazırda Niderlandda, Rotterdamdakı Willem De Kunning İncəsənət Akademiyasında / WDKA Yaradıcılıq Reklamı və Erasmus Universitetində Sənət Tarixi üzrə təhsil alır.

Bu məqaləni paylaş