Az.shafaqna.com “Anchorage Daily News”-ə istinadən xəbər verir ki, Alyaskada iki kiçik təyyarə toqquşub.

İnsident nəticəsində 7 nəfər həlak olub.

Məlum olub ki, ölənlər arasında ştatın nümayəndələr palatasının deputatı Harri Knopp da var.

Ölənlərin 6-sı “Havilland DHC-2 Beaver” təyyarəsində olub.

Qəza zamanı deputat digər təyyarədə olub.

Hadisə 31 iyulda Soldotn şəhər hava limanının yaxınlığında baş verib.