Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazımi televiziya müraciətində ölkədə baş tutacaq parlament seçkilərinin tarixi haqda danışıb.

Elan edirəm ki, vaxtından əvvəlki deputat seçkiləri 2021-ci il 6 iyunda baş tutacaq. Biz bu seçkilərin uğuru və onların qorunması üçün hər bir səyi göstərəcəyik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, səsvermənin şəffaflığının təminatı üçün seçkilər beynəlxalq müşahidəçilərin iştirakı ilə keçiriləcək.