Yəhudi fanatiklər əl-Əqsa məscidi ərazisinə soxuldular

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, fanatik yəhudilər İsrail qüvvələrinin müşayiəti ilə Qüds şəhərindəki Əl-Əqsa məscidinin ərazisinə soxulublar.

Qüds İslami Fondlar İdarəsindən qeyd edilib ki, 78 fanatik Bab əl-Məqaribə qapılarından daxil olub.

Yəhudi fanatiklər İsrail qüvvələrinin müşayiəti ilə məscid ərazisində olduqdan sonra oranı tərk ediblər.

Qeyd edək ki, fanatik yəhudilərin bu cür hərəkətləri regionda gərginliyin artmasına səbəb olur.

Bu məqaləni paylaş