
Gürcüstan prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Az.shafaqna.com xəbər verir ki, facebook vasitəsilə yayılan bayram mesajında deyilir:
“Qurban Bayramı insanlara sülh, ümid, dəstək, qayğıkeşlik və xeyirin şər üzərində qələbə bayramıdır. Bu gün pandemiya şəraitində bir-birimizə dəstək və qayğıkeş olmaq xüsusilə vacibdir! Qurban Bayramının ruhu gündəlik həyatımızın vacib hissəsi olmalıdır.
Bu il bu möhtəşəm bayramı təntənəli qeyd edə bilməsək də, müsəlman vətəndaşlarımızı Qurban Bayramı münasibətilə təbrik edir, onlara sülh, birlik və ən əsası can sağlığı arzulayıram!”





























