Prezident İlham Əliyev Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Az.shafaqna.com-un xəbərinə görə, Sərəncamla Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 (doqquz yüz on) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
***
Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
| Sıra
№-si |
Rayonun
adı |
Quyuların
sayı, ədəd |
Yaşayış məntəqələrinin adı | Əhalinin
sayı, nəfər |
| 1. | Xaçmaz | 5 | Aslanoba kəndi | 381 |
| Çaxmaqlı kəndi | 163 | |||
| Ləcət kəndi | 2292 | |||
| Müşkür kəndi | 1877 | |||
| Yeni Həyat qəsəbəsi | 3903 | |||
| 2. | Quba | 3 | Dağlı kəndi | 1747 |
| Susayqışlaq kəndi | 609 | |||
| Vladimirovka kəndi | 3419 | |||
| 3. | Qusar | 3 | Avaranqışlaq kəndi | 564 |
| Bədirqala kəndi | 873 | |||
| Nəcəfkəndoba kəndi | 120 | |||
| 4. | Şabran | 2 | Padar kəndi | 586 |
| Sincanboyad kəndi | 812 | |||
| Cəmi: | 13 | 13 | 17 346 | |