Türkiyə “Bosniya qəssabı”na verilən hökmə münasibət bildirdi

Türkiyə “Bosniya qəssabı” ləqəbli Ratko Mladiçin ömürlük həbs cəzasının təsdiqlənilməsinin Srebrenitsa soyqırımı qurbanlarının yaxınlarının ağrılarını sağaltmasa da, ədalətin təntənəsi baxımından doğru bir qərar olduğunu açıqlayıb.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki,   Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən edilən şərhdə bildirilir: “Beynəlxalq Cəza Məhkəməsi (İRMCT) “Bosniya qəssabı” ləqəbli Ratko Mladiçin ömürlük həbs cəzasını təsdiqlədi. Sözügedən qərar Srebrenitsa soyqırımı qurbanlarının yaxınlarının ağrılarını sağaltmasa da, ədalətin təntənəsi baxımından doğru bir qərar oldu.

Ratko Mladiç 1992-1995-ci illəri arasında törətdiyi soyqırıma, insanlığa qarşı günah, cinayət və müharibə hüququ pozuntularına görə 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilmişdi. Onun bu cəzasının İRMCT tərəfindən təsdiqlənməsi Bosniya Herseqovina və bölgədəki cəmiyyətdə sülh və barışa xidmət edir.”

Xatırladaq ki, Bosniya Herseqovinada 1992-1995-ci il döyüşlərində serblərə başçılıq edən Ratko Mladiç Srebrenitsa soyqırımı, Saraybosna mühasirəsi və müxtəlif müharibə cinayətləri törətdiyi üçün məsuliyyətə cəlb olunmuşdu. Haqqında 1995-ci il ittihamından sonra 16 il gizlənən və 26 may 2011-ci ildə Serbiyada ələ keçən Mladicin iddiası ilə 2012-ci ilin may ayında məhkəmə yenidən başlamışdı.

Bu məqaləni paylaş