Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İsrail İordan çayının Qərb sahilində yerləşən Ramallah şəhərində fələstinlilərə tibbi xidmətlər göstərən qeyri-hökumət təşkilatını (QHT) qapadıb.
İsrail qüvvələri “İşçi Səhiyyə Komitələri” QHT-ın baş ofisinə soxulublar.
Qeyd edilib ki, İsrail qüvvələri ofisi qapısını sındırıblar, avadanlıq və ləvazimatları məhv ediblər, kompüterləri isə müsadirə ediblər. Daha sonra isə giriş qapısını möhürləyiblər və QHT əməkdaşlarına ofislərinə daxil olmağı qadağan ediblrə.
Qurum 6 ay faəliyyət göstərməyəcək.
Xatırladaq ki, “İşçi Səhiyyə Komitələri” fələstinlilərə tibbi xidmətlər göstərən aparıcı QHT-lardandır. Onun Qəzza və Qərb sahilində bir neçə ofisi var.
Bu, İsrailin adıçəkilən QHT-a ilk hücumu deyil.