Az.shafaqna.com AP-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinada müsəlmanlara qarşı hərbi cinayətlər, o cümlədən də soyqırım və kütləvi qırğınlarda əli olan Ratko Mladiç ömürlük həbs cəzasının gözdən keçirilməsinə nail ola bilməyib.
Məhkəmənin 2017-ci il qərarı qüvvədə qalıb.
Apellyasiyas ərizəsi Mladiçin vəkilləri tərəfindən hələ 2018-ci ilin yazında verilmişdi. Onun vəkilləri Mladiçinin sağlamlıq vəziyyətinin pis olduğunu qabartmağa çalışırlar. Vəkillər iddia edirlər ki, Mladiç həbsdə olduğu müddət ərzində bir neçə insult və bir infarkt keçirib.
Lakin məhkəmə hökmün gözdən keçirilməsi üçün əsasın olmadığı qənaətinə gəlib.
Qeyd edək ki, Mladiçin Sarayevo və Srebrenisada minlərlə dinc müsəlmanın qətlində əli var.
Bu məqaləni paylaş