Finlandiyanın idman qurumundan hicablı idmançılar üçün gözəl təşəbbüs

Az.shafaqna.com AFP-a istinadən xəbər verir ki, Finlandiyanın futbol assosiyasiyası idmanla məşğul olan hicablı xanımlara idmanla məşğuliyyət üçün xüsusi materialdan hazırlanmış hicabları pulsuz təklif etməyə başlayıb.

Nazik elastik parçadan hazırlanan hicablar idmanla daha rahat məşğul olmağa imkan verir.

Müsəlman xanım idmançılar futbol assosiyasiyasının bu addımını müsbət qarşıladıqlarını və minnətdar olduqlarını bildiriblər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş