Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, iyul-oktyabr aylarında Gürcüstan 3 200 000-dən çox doza vaksin əldə edəcək.
Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin başçısı Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, müvafiq olaraq, Gürcüstanda kütləvi vaksinasiya başlatmaq imkanı olacaq.
Qamkrelidze qeyd edib ki, regionlardan intensiv hazırlıq və görüşlər, həmçinin əlavə peyvənd briqadalarının səfərbərliyi gedir.
“Məqsədli göstəriciyə çatmaq üçün iyuldan bizə gündə 20-25 min peyvənd lazım olacaq. Hazırda biz ona hazırlaşırıq. Böyük ehtimalla, ölkəyə iyul-avqust-sentyabr-oktyabr aylarında ölkənin 3 200 000-dən çox doza vaksinin daxil olacağının təsdiqi var. Yəni kütləvi vaksinasiyaya başlaya biləcəyik”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş