“Amazon” şirkətinin rəhbəri kosmosa uçacaq – VİDEO

“Amazon” şirkətinin rəhbəri, öz qardaşı və “Blue Origin” şirkətinin keçirdiyi auksionda qaib gələn şəxslə birgə iyulun 20-si kosmosa uçacaq. Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, bunu dünyanın ən varlı insanı hesab edilən Ceff Bezos öz “Instagram” səhifəsində yazıb.

“Beş yaşımdan kosmosa səyahət etmək barədə düşünmüşəm. İyulun 20-si bu səyahətə qardaşımla birlikdə gedəcəyəm. Ən yaxşı dostumla möhtəşəm səyahət”, – deyə Bezos bildirib.

 

View this post on Instagram

 

A post shared by Jeff Bezos (@jeffbezos)

Qeyd edək ki, milyarderə məxsus olan “Blue Origin” şirkəti öz “Twitter” hesabında yazıb ki, Bezosla birgə kosmosa onun qardaşı və iyunun 12-si bitəcək auksionun qalibi qatılacaq. Hərracda iştirak etmək istəyən şəxslərin qeydiyyatı iyunun 10-u bitəcək.

Bu məqaləni paylaş