Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Tblisinin ətraf mühitinin mühafizəsi siyasəti sahəsində həyata keçirilmiş layihələrə dair hesabat təqdim edib.
“Biz 2017-ci il mer seçkilərinə hazırlaşanda, böyük bir problemlə üzləşdik – Tbilisidəki ekoloji vəziyyətlə. Məsələni təqdid etdikdə aydın oldu ki, əgər biz bu gün vəziyyəti düzəltməsək, sabah olduqca gec olacaq, (bir iş görülməsə,) xalqın rifahı üçün edilən istənilən islahat, atılan istənilən addım əbəs olacaq”, – deyə o qeyd edib.
Kaladzenin sözlərinə görə, Gürcüstan paytaxtının meriyasının gələcəklə bağlı olduqca iddialı planları var və artıq Diqomi meşəliyi, Vere parkı və Tbilisi dendroloji parkının layihələri var və onun “həqiqətən də Tbilisinin ağciyərləri olma potensialı var”.
“Əminəm ki, biz birlikdə başlanılanları sona çatdıracağıq və çox tezliklə Tbilisi Avropa standartları ilə olan istisnai, müasir şəhər olacaq. Növbəti illər ərzində Tbilisi mütləq ən yaşıl, ən rahat və abadlaşdırılmış şəhər, həmçinin bütün nəsillərin rahat yaşaya biləcəyi bir yer olacaq”, – deyə paytaxt meri əlavə edib.