Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, əgər quru sərhədlərinin açılışı Gürcüstandakı epidemioloji vəziyyəti pisləşdirməsə, gecə vaxtı hərəkət məhdudiyyətini tam ləğv etmək mümkün olacaq.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava danışıb.
“Quru sərhədləri yenicə açılıb, ona görə də biz dinamikadakı vəziyyəti 2-3 həftə müşahidə etməliyik. Daxildəki vəziyyətə yaxşı nəzarət edirik, təhlükəsiz şəkildə turist axını da gözləyirik, lakin bu, özündə hər bir halda müəyyən risk daşıyır”, – deyə nazir bildirib.
Turnava qeyd edib ki, iqtisadiyyat nazirliyinin başçısı kimi məhdudiyyətlərin qaldırılmasının lehinədir, lakin pandemiya hələ məğlub edilmədiyi üçün qərarlar maksimum götür-qoy edilmiş şəkildə qəbul edilir.
O, Gürcüstan kimi balaca ölkədə bu planda regional yanaşmanın tətbiqini düzgün hesab etmədiyini deyib.
“Turistlərin rəftarı bir az dəyişib. Onlar daha uzun müddət üçün gəlirlər. Bu, anlaşılandır, çünki sərhədin keçilməsi müəyyən çətinliklərlədir, ona görə də gələn turistlər daha uzun müddət üçün gəlirlər, bütün bölgələr üzrə mümkün qədər çox səyahət etməyə çalışırlar və biz də onlar üçün vahid qayda hazırlamaq istəyirik. Yəqin, bir zaman gələcək və gecə vaxtı hərəkət məhdudiyyətinin ləğvini müzakirə edəcəyik”, – deyə o əlavə edib.
