Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 601 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 770, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 271 təşkil edir.

Bu məqaləni paylaş