Rəisi debatda maraqlı misal gətirdi: “Futbolda 17 qol buraxan qapıçı”…

İranda prezidentliyə namizədlər debata çıxıb.

Az.shafaqna.com xəbər verir ki, debatda tənqidlər və maraqlı misallar diqqət çəkib.

Mühafizəkarların ən güclü namizədlərindən olan Ayətullah İbrahim Rəisi İranın iqtisadi problemlərinə görə ABŞ-ın sanksiyalarını günahlandıran və doğru idarəçilik olmadan ölkənin daha pis vəziyyətdə olacağını söyləyən namizədlərin şərhlərini rədd edib.

“Bu, 17 qol buraxan bir qapıçının “mən olmasam 30 qol vurulardı” deməsinə bərabərdir,”, – Rəisi deyib.

O istehsalın maneələri və onların aradan qaldırılması yolları ilə bağlı ona ünvanlanan suala “İstehsalın rövnəq tapması üçün istehsal üçün cazibədarlıq yaradılmalıdır. Təbii qeyri-məhsuldar iqtisadi işlərin cazibədarlığını minimuma endirməliyik. İstehsalçıların vergilərinin azaldılması və qeyri-məhsuldar iqtisadi işlər üzrə verginin yaradılması üçün mexanizmlər qurulmalıdır”, – deyə əlavə edib.

Bu məqaləni paylaş