Türkiyə Pakistana başsağlığı verib

Az.shafaqna.com xəbər verir ki, Türkiyə Sind əyalətində 38 nəfərin həyatını itirdiyi qatar qəzası ilə əlaqədar Pakistana başsağlığı verib.

Türkiyə Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “Pakistanın Sind əyalətinin Qotki bölgəsində baş verən qatar qəzasında 38 nəfərin həyatını itirdiyi və çox sayda insanın yaralandığına dair xəbəri dərin kədər hissi ilə eşitdik. Sözügedən faciəvi qəzada həyatını itirənlərə Allahdan rəhmət diləyirik, yaralananların tezliklə sağalmasını və dost Pakistan hökumətinə və qardaş Pakistan xalqına başsağlığı veririk”,- deyə bildirilir.

Bu məqaləni paylaş