İsrail qüvvələri 17 fələstinlini tutdu

Az.shafaqna.com WAFA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri İordan çayının Qərb sahilində və Qüds şəhərinin şərq hissəsində 17 fələstinlini tutublar.

Qeyd edilir ki, saxlanılmalar İsrail qüvvələrinin əməliyyatı zamanı baş verib.

7 fələstinli Qüds şəhərinin şərqində, 10 fələstlinli isə Qərb sahilində tutulub.

Saxlanılanlardan ikisi yaralanıb.

Qeyd edək ki, İsrail tez-tez fələstinlilərə qarşı bu cür əsassız reydlər keçirir. Saxlanılan fələstinlilər arasında qadın və uşaqlar da olur.

Bu məqaləni paylaş